İran Beynəlxaq Atom Enerji Agentliyinin əməkdaşlarını ölkədən qovmaqla hədələyib

 İran Beynəlxaq Atom Enerji Agentliyinin əməkdaşlarını ölkədən qovmaqla hədələyib backend

İran Beynəlxalq Atom Enerji Agentliyi ilə əməkdaşlığı dayandıra və agentliyin bütün əməkdaşlarını ölkədən qovmaqla hədələyib. Bunun baş verməməsi üçün rəsmi Tehran ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi güc tətbiq etmək təhdidlərinə son qoymasını tələb edir.

Trend xəbər verir ki, bu barədə İranın ali dini liderinin siyasi məsələlər üzrə müşaviri, İnqilab Keşikçiləri Korpusunun generalı Əli Şamxani “X” sosial şəbəkəsində yazıb.

"Xarici ölkələr tərəfindən edilən təhdidlərin davam etməsi və İrana qarşı hərbi hücum cəhdləri, Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin ölkədən çıxarılması və bu qurumla əməkdaşlığın dayandırılması kimi qabaqlayıcı tədbirlərin tətbiqinə səbəb ola bilər. Digər bir tədbir isə zənginləşdirilmiş [uranın] İran ərazisində təhlükəsiz və naməlum yerlərə köçürülməsi ola bilər", - deyə müşavir qeyd edib.

O, paylaşımına “Tramp” və “İsrail” heşteqlərini də əlavə edib.

Diaspora