Rusiya hərbçiləri Sumı vilayətində Ukraynanın kəşfiyyat dronunu vurublar - VİDEO

Rusiya hərbçiləri Sumı vilayətində Ukraynanın kəşfiyyat dronunu vurublar - VİDEO backend

"Şimal qoşun qrupunun hərbçiləri Sumı vilayətində xüsusi hərbi əməliyyat keçirilən ərazidə Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat xarakterli pilotsuz uçuş aparatını (PUA) məhv ediblər".

Qaziler.az bildirir ki, döyüş əməliyyatlarının görüntülərini aprelin 10-da Rusiya Müdafiə Nazirliyi yayıb.

“Qrupun hücum pilotsuz uçan aparatının operatoru dövlət sərhədi ərazisində Sumı vilayəti üzərində səmada Ukrayna Silahlı Qüvvələrinə məxsus “FlyEye” kəşfiyyat pilotsuz uçuş aparatı aşkar edib, sonra onu  məhv edib”, - deyə departamentdən bildirilib.

Obyektiv nəzarət kadrlarında Ukraynaya məxsus kəşfiyyat uçuş aparatının havada dəqiq vurulması və məhv edilməsi əks olunub.

QAZİLER.AZ

 

 

Diaspora