Rusiya Dnepri raketlə vurdu: genişmiqyaslı yanğın başlayıb, ölən var

Rusiya Dnepri raketlə vurdu: genişmiqyaslı yanğın başlayıb, ölən var backend

Aprelin 10-da rusiyalı hərbçilər Dneprə raketlə hücum ediblər. Artıq ölən və bir nəfərin öldüyü barədə xəbərlər var.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Telegram-da Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat yayıb.

"Dnepr. Düşmən şəhərə raketlə hücum edib. Zərbənin baş verdiyi yerdə genişmiqyaslı yanğın baş verib. Mülki obyektin ərazisində dağıntılar var", - Lısak qeyd edib.

O, dəqiqləşdirib ki, ilkin məlumata görə, hücum zamanı 3 nəfər yaralanıb. 42 yaşlı kişi isə dünyasını dəyişib. Hələlik təfərrüatlar müəyyənləşdirilir.

QAZİLER.AZ

Diaspora