Çeçenistan liderinin respublikanın Daxili İşlər Nazirliyinin kuratoru təyin edilən 17 yaşlı oğlu Adam Kadırovun başqa addan və eyni anda iki Rusiya pasportundan istifadə etdiyi məlum olub.
Qaziler.az xəbər verir ki, “Agentliy”in əldə etdiyi sərhəd xidmətinin məlumatında qeyd olunub.
Bir pasporta görə, Adamin adı Moxmad Ramzanoviç Kadırov, ikincidə isə Moxmad Ramzanoviç Musayevdir. Üstəlik, Kadırov soyadlı şəxs 2007-ci il noyabrın 24-də, Musayev isə həmin ilin noyabrın 25-də anadan olub.
Kadırovun digər övladları da Musayev soyadı ilə xaricə uçur: qızları Ayşat, Karina, Tabarik, Xedi və oğulları Axmat, Əli və Abdulah. Eyni soyadlı pasport Kadırovun birinci arvadı Mədniyə verilib.
“Agentliy”in qeyd etdiyi kimi, bütün hallarda Ramzan Kadırovun qohumlarının qondarma şəxsiyyətləri eyni sxem üzrə yaradılıb: adları olduğu kimi qalır, lakin şəxsi məlumatlarda digərlərindən istifadə olunur və soyadı dəyişdirilir. Adəmdən başqa sənədlərdə adı dəyişdirilən digər qardaş Əlidir. Onun da iki pasportu var: biri Əli Kadırovun adına, digəri isə Əli Musayevin adınadır.
Kadırovun daha beş övladı xaricə səfər edərkən Çeçenistan liderinin ikinci həyat yoldaşı Fatimə Xazuevanın soyadlı pasportlarından istifadə edir. Bunlar Aşura, Fatimə, Eset, Şeyx Əhməd və Hüseyndir.
QAZİLER.AZ