Ukrayna müvəqqəti işğal olunmuş ərazilərdən altı uşağı geri qaytara bilib. Onların arasında atası Rusiya əsgərləri tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq dünyasını dəyişən 16 yaşlı uşaq da var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidentinin iş aparatının rəhbəri Andrey Yermakın Teleqramına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, geri qaytarılanlar arasında atası Rusiya əsgərləri tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq dünyasını dəyişən 16 yaşlı uşaq da var.
Daha iki bacı ailəsindən uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşdi: məktəbdə onlar Rusiya ordusunda xidmətə hazırlanırdılar,
İşğalçılar onları nənələrinin əlindən alıb rus himayədar ailəsinə təhvil verməklə hədələyiblər.
Daha bir qız isə rus əsgərləri tərəfindən davamlı olaraq təqib edilir, onlar evinə soxularaq axtarış apararaq onu silahla hədələyiblər.
QAZİLER.AZ