Ukraynanın Gürcüstandakı səfirliyi aprelin 9-da Tbilisidə baş vermiş faciəli hadisələrin 36-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.
Qaziler.az bildirir ki, bu barədə diplomatik nümayəndəlik Facebook sosial şəbəkəsində yazır:
"9 aprel Gürcüstanın müasir tarixində faciə və qurbanlarla başlayan azadlıq rəmzinə çevrilmiş bir tarixdir. 1989-cu il aprelin 9-da sovet işğalçı rejimi gürcülərin azadlıq uğrunda dinc nümayişini amansızcasına yatırmaq üçün SSRİ silahlı qüvvələrindən istifadə etdi. İki ildən sonra Gürcüstan öz müstəqilliyini bərpa etdi.
36 il sonra, Milli Birlik Günündə biz azad və müstəqil Gürcüstan uğrunda canlarından keçən hər kəsi yad edirik.
Biz cəsarətli Gürcüstan xalqının, onların azadlıq və müstəqillik üçün sarsılmaz arzusunun yanındayıq”, - bəyanatda deyilir.
QAZİLER.AZ