Ukrayna Rusiyanın aktivləri hesabına Aİ-dən daha 1 milyard avro alıb

Ukrayna Rusiyanın aktivləri hesabına Aİ-dən daha 1 milyard avro alıb backend

Avropa İttifaqı ERA təşəbbüsü çərçivəsində Kiyevə daha 1 milyard avro köçürüb. Rusiya aktivlərindən alınan vəsaitlər Ukraynanın prioritet məqsədlərinə yönəldiləcək.

Qaziler.az-ın məlumatına görə, RBC-Ukrayna baş nazir Denis Şmıqalın Telegram-dakı paylaşımına istinadən xəbər verir.

"Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlə təmin edilən G7 təşəbbüsü çərçivəsində üçüncü tranşdır. Biz vəsaiti dövlət büdcəsinin prioritet xərclərinə yönəldəcəyik", - o yazıb.

Onun sözlərinə görə, ümumilikdə avropalı müttəfiqlər ERA proqramı çərçivəsində Ukraynaya 5 milyard avro yardım edib.

QAZİLER.AZ

Diaspora