Tambov Qarnizonu Hərbi Məhkəməsi dələduzluq cinayəti üzrə təqsirləndirilən şəxs, 58-ci Ordunun keçmiş komandanı, general-mayor İvan Popovun "xüsusi əməliyyat bölgəsinə" göndərilməsi barədə qərar qəbul edib.
Qaziler.az bildirir ki, TASS onun vəkili Sergey Buinovskiyə istinadən xəbər verir.
Bu baxımdan general Rusiya prezidenti Vladimir Putinə göstərdiyi dəstəyə və etimada görə minnətdarlığını bildirib. Popovun hansı vəzifə daşıyacağı hələlik məlum deyil.
"Müdafiə Nazirliyi ilə birlikdə İvan İvanoviçin "xüsusi əməliyyat bölgəsinə" göndərilməsi barədə müsbət qərarla əlaqədar iş üzrə icraatın dayandırılması və həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırmışıq", deyə vəkil bildirib.
Popovun Putinə açıq məktubla müraciət etdiyi məlumdur. Orada hərbçi “düşməni darmadağın etməyə” davam etmək istədiyini bildirib. Popov hesab edir ki, o, "əsassız təqiblər"lə üzləşib. Bununla bağlı o, prezidenti “özünün baş komandanı” adlandırıb və ondan mövcud vəziyyəti nizamlamağı xahiş edib.
QAZİLER.AZ