Ukrayna bu cür obyektlərə hücumlara moratoriumun qoyulmasına baxmayaraq, Rusiyanın enerji infrastrukturuna zərbələr endirməkdə davam edir.
Qaziler.az izvestiya.ru-ya istinadən bildirir ki, bunu aprelin 9-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Kiyev rejimi Rusiyanın enerji infrastrukturuna hər gün hücumlar etməyə davam edir. Eyni zamanda, Rusiya tərəfi hücumlara qadağaya ciddi riayət edir", - o qeyd edib.
Zaxarovanın sözlərinə görə, aprelin 4-dən 7-dək Ukrayna Silahlı Qüvvələri Rusiya regionlarında enerji obyektlərinə 32 hücum həyata keçirib.
QAZİLER.AZ