Ukrayna hərbçiləri Xerson vilayətində Rusiyanın komanda məntəqəsini məhv edib - VİDEO

Ukrayna hərbçiləri Xerson vilayətində Rusiyanın komanda məntəqəsini məhv edib - VİDEO backend

Ukrayna Hərbi Hava Qüvvələri Xerson vilayətində Rusiyanın komanda məntəqəsini uğurla məhv edib. Hücum nəticəsində onlarla rusiyalı hərbçi məhv edilib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının (USQ) Facebook səhifəsinə istinadən məlumat yayıb.

Baş Qərargahın yazdığına görə, Rusiya Silahlı Qüvvələrinin 81-ci özüyeriyən artilleriya alayının komanda məntəqəsinin məhv edildiyi zərbə aprelin 7-də həyata keçirilib.

"Ukraynalı pilotların peşəkar məharəti sayəsində beton konstruksiya tamamilə məhv edilib. İtkilər hələ də dəqiqləşdirilir, lakin 20-30 işğalçı həlak olub. Bu məğlubiyyət düşmən bölmələrinin bu ərazidə döyüş əməliyyatları aparmaq imkanlarını xeyli zəiflətdi", - Baş Qərargah əlavə edir.

QAZİLER.AZ

 

Diaspora