Tbilisidə “Media ilə həmrəylik marşı” keçirilib

Tbilisidə “Media ilə həmrəylik marşı” keçirilib backend

Tbilisidə “Media ilə həmrəylik marşı” keçirilir.

Qaziler.az "Qruziya onlayn"a istinadən bildirir ki, yürüş iştirakçıları Filarmoniyanın yaxınlığında toplaşıb, oradan Rustaveli prospektinə piyada gedəcəklər.

Onlar öz bəyanatlarında Mzia Amaqlobeli ilə həmrəy olduqlarını bildirir və media nümayəndələrinə qarşı zorakılıq hərəkətlərini pisləyirlər. Yürüş iştirakçılarının fikrincə, hamı bilməlidir ki, Gürcüstanda media susmayacaq.

Yürüş iştirakçıları əllərində “Senzuraya yox”, “Çox gec olmadan mübarizə aparın”; "Mzia Amaglobeli ilə həmrəylik"; “Mzia üçün azadlıq, vicdan məhbuslarına azadlıq”; “Media azadlığı” şüarları yazılmış plakatlar daşıyıblar.

QAZİLER.AZ

Diaspora