Ölkə prezidenti Petr Pavelin razılığı olmadan Ukrayna Silahlı Qüvvələrinin tərəfində hərbi əməliyyatlarda iştirak edən Çexiya vətəndaşına qarşı Praqa Şəhər Prokurorluğu tərəfindən ittiham irəli sürülüb.
Qaziler.az news.ru-ya istinadən bildirir ki, bu barədə dövlət ittihamçısı Martin Bila bildirib.
Çexiya televiziyası rəsmiyə istinadən xəbər verir ki, o, əvvəllər İraqda Kürdüstan Fəhlə Partiyasına qoşulmağa cəhd etdiyi üçün terrorizmi təbliğ etməkdə də ittiham olunub. İndi onu 15 il həbs gözləyir.
Praqa prokurorluğu Ukraynada rusiyalılara qarşı hərbi əməliyyatlarda iştirak edən çexiyalıya qarşı ittiham irəli sürüb. O, ölkə prezidentinin icazəsi olmadan xarici hərbi qüvvədə xidmət etməklə bağlı cinayət törətməkdə ittiham olunur. Bəyanatda deyilir ki, həmin şəxs həmçinin terrorizmi dəstəkləmək və təbliğ etməkdə ittiham olunur.
QAZİLER.AZ