Batumidə sərnişin qatarı azyaşlını vurub

Batumidə sərnişin qatarı azyaşlını vurub backend

Gürcüstanın Batumi vağzalının yaxınlığında sərnişin qatarı azyaşlı uşağı vurub. Uşaq hadisə yerində ölüb.

Qaziler.az bildirir ki, bu barədə Gürcüstan Dəmir Yolları sosial şəbəkələrdə məlumat yayır.

"Batumi dəmir yolu stansiyası yaxınlığında qəza baş verib. Sərnişin qatarı azyaşlı uşağı vurub. Azyaşlı hadisə yerində ölüb".

Qatar Batumi-Kutaisi marşrutu üzrə hərəkət etməli olan platformaya yaxınlaşıb. Hadisə yerinə patrul və kriminal polis əməkdaşları gəlib. “Gürcüstan Dəmir Yolları” faciə ilə bağlı kədərini bildirir və mərhumun ailə üzvlərinə başsağlığı verir”, – şirkət yazıb.

QAZİLER.AZ

 

Diaspora