Ukrayna əsgərləri bir gündə Rusiya batalyonunun yarısını məhv edib

Ukrayna əsgərləri bir gündə Rusiya batalyonunun yarısını məhv edib backend

Ukraynanın üçüncü hücum briqadasının döyüşçüləri Luqansk vilayətində düşmən qüvvələrinə güclü zərbələr endiriblər. Əsgərlər nəinki hücumu dəf etdilər, həm də Rusiya ordusu batalyonunun yarısını məhv etdilər.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Üçüncü Əlahiddə Hücum Briqadasının Teleqramına istinadən xəbər verir.

"Düşmən bir anda Üçüncü Hücum Briqadasının üç batalyonunun ərazilərinə hücuma keçdi. Rusiyalılar Nadejda yaşayış məntəqəsinin yaxınlığında itirdikləri mövqeləri geri almaq istəyirdilər. Əvəzində Troyka sərhədində tam məğlubiyyətə uğradılar", - məlumatda deyilir.

Döyüşlər nəticəsində bir gündə Rusiya ordusu batalyonun yarısını itirib. Rusiyanın itkiləri belədir: 143 işğalçı öldürülüb, 86 nəfər yaralanıb.

Düşmən yeni və ya əvvəllər itirdiyi heç bir mövqeni ala bilməyib.

Ukraynanın üçüncü hücum briqadası öz məharətli döyüş əməliyyatının görüntülərini nümayiş etdirib.

QAZİLER.AZ

 

 

Diaspora