Rusiya Kinematoqrafçılar İttifaqının üzvü vəfat edib

Rusiya Kinematoqrafçılar İttifaqının üzvü vəfat edib backend

Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Mahkamov 81 yaşında vəfat edib

Rusiya Kinematoqrafçılar İttifaqının üzvü, ssenarist Leonid Mahkamov 81 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə axşamı, aprelin 8-də ittifaqın mətbuat xidməti məlumat yayıb.

Onun bir gün əvvəl, aprelin 7-də dünyasını dəyişdiyi bildirilir.

Mahkamovla vida mərasimi aprelin 10-da Xovanski yas evində olacaq.

Mahkamov 1943-cü il iyunun 16-da anadan olub. 1965-ci ildə Düşənbə Pedaqoji İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirib. Müxtəlif illərdə müəllim və jurnalist kimi fəaliyyət göstərib.

O, “Girov”, “Axsaq dərviş” kimi məşhur filmlərin, eləcə də “Balaca qisasçı” uşaq musiqili nağılının ssenari müəllifi olub.

QAZİLER.AZ

Diaspora