Ərdoğan CHP sədrinə qarşı 13 min dollarlıq İDDİA qaldırıb

Ərdoğan CHP sədrinə qarşı 13 min dollarlıq İDDİA qaldırıb backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib.

Qaziler.az xəbər verir ki, bu barədə prezidentin vəkili Hüseyn Aydın “X” sosial şəbəkəsində məlumat verib.

Vəkilin sözlərinə görə, iddiada təhqirlərə və xunta ilə müqayisələrə görə 500 min lirə və ya 13 min dollar mənəvi zərərin ödənilməsi tələbi var.

Özəl daha əvvəl İstanbul bələdiyyə sədrinin həbsini italyan mafiyasının hərəkətləri ilə müqayisə edib.

Xatırladaq ki, martın 23-də məhkəmə İstanbul meri Əkrəm İmamoğlunu korrupsiya və Türkiyədə terror təşkilatı sayılan Kürdüstan Fəhlə Partiyasına yardım etməkdə ittiham edərək həbs edib.

İmamoğlu Türkiyənin hazırkı lideri Rəcəb Ərdoğanın əsas siyasi rəqibidir və müxalifət tərəfindən prezident seçkilərində gələcək namizəd kimi qəbul edilib. Onun həbsindən sonra İstanbul və digər şəhərlərdə genişmiqyaslı etiraz aksiyaları keçirilib.

QAZİLER.AZ

Diaspora