Aprelin 7-də rus qoşunları Donetsk vilayətindəki Konstantinovkaya hücum edib. Atışma nəticəsində bir nəfər ölüb, bir uşaq isə ağır yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Donetsk vilayət dövlət administrasiyasının rəhbəri Vadim Filaşkinə istinadən məlumat yayıb.
"Konstantinovkanın bu gün atəşə tutulması nəticəsində azı bir nəfər ölüb, iki nəfər yaralanıb", - Filaşkin bildirib.
Şəhərdə 8 fərdi yaşayış evinə, 3 inzibati binaya, mağazaya və elektrik xəttinə ziyan dəyib.
QAZİLER.AZ