61 yaşlı rəssam Ukraynadakı müharibədə həlak olub

61 yaşlı rəssam Ukraynadakı müharibədə həlak olub backend

Komi Respublikasından olan rəssam və heykəltəraş Çikarin Şimal Hərbi Dairəsində dünyasını dəyişib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Komi Respublikasından olan rəssam və heykəltəraş Yuri Çikarin Rusiyanın Ukraynada apardığı müharibədə ölüb.

O, 2024-cü ilin dekabrında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və 2025-ci ilin fevralında hərbi tapşırığı yerinə yetirərkən həlak olub.

Administrasiyanın verdiyi məlumata görə, Çikarin Yuri Budimiroviç 24 iyun 1963-cü ildə Sısolski rayonunun Kuratovo kəndində anadan olub.

Mərhum sənətçi doğulduğu Kuratovodakı qəbiristanlıqda dəfn olunacaq.

QAZİLER.AZ

Diaspora