Rusiya Donetskdə daha bir yaşayış məntəqəsini ələ keçirdi

Rusiya Donetskdə daha bir yaşayış məntəqəsini ələ keçirdi backend

Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının Katerinovka şəhərinə nəzarəti ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə aprelin 7-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Qərb hərbi qruplaşmasının bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində "Donetsk Xalq Respublikası"nın Katerinivka qəsəbəsi azad edilib”, - Telegram kanalında deyilir.

Rusiya hərbçiləri həmçinin Xarkov vilayətinin Kondraşovka, Kupyansk, Şiykovka ərazilərində, həmçinin Donetskin Novoye və Kirovsk yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin iki mexanikləşdirilmiş briqadasının və ərazi müdafiə briqadasının canlı qüvvəsi və texnikasına zərbələr endirib.

Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusu 215-ə qədər döyüşçü, üç artilleriya qurğusu, bir elektron döyüş stansiyası və bir sursat anbarı itirib.

QAZİLER.AZ

Diaspora