“Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır”.
Apa xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi” telekanalına müsahibəsində deyib.
"Düşünürəm ki, əgər biz səbr nümayiş etdirsək və bu səbrlə öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək, Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır. Bu məsələnin həlli təbii ki, müxtəlif amillərdən asılı olacaq, lakin səbr və düzgün siyasətlə hər şey mümkündür", - hökümət başçısı vurğulayıb.