Hakan Fidan ana müxalifət liderini SƏRT TƏNQİD ETDİ

Hakan Fidan ana müxalifət liderini SƏRT TƏNQİD ETDİ backend

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özələ Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyası ilə bağlı açıqlamalarından sonra onu “yerini bilməyə” çağırıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Onun sözlərinə görə, xalqın dəstəyi ilə Türkiyə hökuməti uzun illər ölkəyə xidmət edib və hər cür qəyyumluğa qarşı mübarizə aparıb.

Fidan bəyan edib edir ki, prezident administrasiyası Türkiyə xalqından başqa heç kimdən əmr almayıb, heç kimdən razılıq istəməyib.

Onun sözlərinə görə, Özəl uzun illər xalqın iradəsinə zidd çevrilişlərin kölgəsində siyasət yürüdən ənənəni təmsil edir.

Xatırladaq ki, aprelin 6-da Özəl ölkə prezidenti Ərdoğana etimad göstərməmək və növbədənkənar prezident seçkiləri keçirmək üçün genişmiqyaslı imza aksiyası təşkil edib.

 

 

Diaspora