Qaxda baş verən uçqunun fəsadları aradan qaldırılıb

Qaxda baş verən uçqunun fəsadları aradan qaldırılıb backend

Qax rayonunun Ləkit kəndində təbiət abidəsi kimi qorunan “Mamırlı şəlalə”yə gedən istiqamətdə dağlıq ərazidə uçqun baş verib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, uçqun nəticəsində Ləkit kəndinə gələn içməli su xətləri və suvarma suyunda bir müddət fasilə yaranıb.

Kənd bələdiyyəsinin sədri İlqar Məmmədovun sözlərinə görə uçqun hadisəsi bir neçə mərhələdə baş verib. Əvvəlcə sakinlər çayın qarşısını açsalar da sonrakı gün yenidən uçqun baş verib. Bu zaman böyük çəkidə qum və torpaq kütləsi axaraq su xətlərini zədələyib, çayın hövzəsində kiçik göl əmələ gətirib.

Hadisədən sonra əraziyə texnika cəlb olunub, kənd sakinlərinin də əl köməyi ilə su xətləri bərpa olunub, çayın qarşısı təmizlənərək axını təmin edilib. Bələdiyyə sədri kəndə içməli suyun verilməsində heç bir problem olmadığını, sürüşmə zonasının sabitləşdiyini bildirib.

Diaspora