Ankara-Bakı-Tiflis yeni əməkdaşlıq mexanizmi yaradır

Ankara-Bakı-Tiflis yeni əməkdaşlıq mexanizmi yaradır backend

Türkiyə-Azərbaycan-Gürcüstan parlamentləri arasında üçtərəfli əməkdaşlıq mexanizmi yaradılacaq.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşla gürcüstanlı həmkarı Şalva Papuaşvili arasında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş görüşdə razılıq əldə olunub.

Bu istiqamətdə addım atılmalı olduğunu diqqətə çatdıran Qurtulmuş Türkiyənin sözügedən məsələ ilə bağlı ev sahibliyinə hazır olduğunu da bildirib.

Türkiyəli spiker həmçinin Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edib. O, Gürcüstanın ərazi bütövlüyünü təhdid edən problemlərin aradan qalxmasının regional sabitliyə töhfə verəcəyini qeyd edib.

 

 

Diaspora