Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün Ankarada fövqəladə qurultayını keçirir.
CNN Türk-ün verdiyi məlumata görə, partiyanın yeni rəhbərinin seçilməsi gözlənilən bu mühüm toplantıda artıq bir neçə önəmli hadisə baş verib.
QAZİLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, qurultayın gedişatında Özgür Özəl partiyanın yeganə ümumi başqan namizədi olaraq qalıb.
Belə ki:
• Ümit Uysal namizədlikdən geri çəkilib,
• Berhan Şimşek isə başqanlığa namizəd olmaq üçün zəruri sayda nümayəndə imzasını toplaya bilməyib.
Bu qərarlarla birlikdə, hazırda CHP-nin fövqəladə qurultayında yalnız Özgür Özəl partiyanın liderliyi üçün mübarizə aparır.
Qurultayda partiyanın gələcək strategiyası, təşkilati dəyişikliklər də müzakirə olunur. Tədbir həm mediada, həm də partiya üzvləri arasında geniş maraq doğurub.