Ukrayna ilə ABŞ arasında münasibətlər inkişaf etməkdə davam edir. Vaşinqtonun təzyiqindən söhbət getmir.
Qaziler.az-ın RBC-Ukraynanın məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransında bildirib.
"Biz təzyiqdən deyil, daha çox ABŞ-la münasibətlərimizin inkişafı və intensivləşdirilməsindən danışmalıyıq. Biz Ukrayna üçün ədalətli və hərtərəfli sülhə nail olmaq üçün səyləri sürətləndirmək üçün böyük şans görürük", - ukraynalı nazir vurğulayıb.
QAZİLER.AZ