Bişkek əyləncə parkında baş verən dəhşətli qəzanın görüntüləri yayılıb - VİDEO

Bişkek əyləncə parkında baş verən dəhşətli qəzanın görüntüləri yayılıb - VİDEO backend

Qırğızıstanın paytaxtı Bişkekdə əyləncə parkında bədbəxt hadisə baş verib.

Qaziler.az SHOT Telegram kanalına istinadən xəbər verir ki, qız attraksiondan yıxılıb.

Həkimlər xəsarət alan şəxsin həyatı üçün mübarizə aparırlar.

Qızın oturduğu yerdə iki təhlükəsizlik kəmərinin qırıldığı bildirilir. Hadisə yerindən yayımlanan görüntülərdə park işçilərinin attraksionlar başlamazdan əvvəl bütün ziyarətçilərin kəmərlərinin bağladığı göstərilir. Parkın rəhbərliyi hadisədə xəsarət alanı günahlandırır - o, ayaqlarını çıxarıb, bu da "balansın pozulmasına və qayışların qırılmasına" səbəb olub.

QAZİLER.AZ

Diaspora