Ərdoğan və Putin arasında telefon danışığı olub

Ərdoğan və Putin arasında telefon danışığı olub backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə "Report" Türkiyə Prezidentinin dəftərxanasına istinadən xəbər verir.

Tərəflər Türkiyə və Rusiya arasında ikitərəfli münasibətləri, həmçinin mühüm regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş prosesi diqqətlə izləyir və sülh danışıqlarının təşkili də daxil olmaqla, hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.

Türkiyə Prezidenti Suriya məsələsində Rusiya ilə qarşılıqlı əlaqənin vacibliyini vurğulayıb. Onun fikrincə, bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir.

Diaspora