Türkiyədə icazəsiz aksiyalarda 1879 nəfər saxlanılıb, 260 nəfər həbs olunub

Türkiyədə icazəsiz aksiyalarda 1879 nəfər saxlanılıb, 260 nəfər həbs olunub backend

İstanbul Böyükşəhər Bələdiyyəsi haqqında başladılan korrupsiya və terrorla bağlı araşdırmalardan sonra keçirilən icazəsiz aksiyalarda indiyə kimi 1 879 nəfər saxlanılıb. Onlardan 260-ı həbs olunub.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O bildirib ki, ölkədə əmin-amanlığa təhlükə yaradan proses başlayıb: “Xalqımızın qardaşlığına qarşı təxribat törədildi. Polislərimizə hücum edildi. Mənəvi dəyərlərimiz tapdalanıb. Ədalət məhkəmə zalında olur, küçədə deyil”.

Nazir qeyd edib ki, heç bir təbliğat həqiqətin qarşısını ala bilməz: “Türkiyə köklü demokratiyaya malik dövlətdir. Bizim demokratiya anlayışımız xalqın iradəsinə əsaslanır. Silahsız və hücumsuz bütün aksiyalara razıyıq. Bəs o daşlar, baltalar nədir?”.

Diaspora