Zelenski: Rusiya ilə danışıqlar masasında Avropanı Britaniya və Fransa təmsil edəcək

Zelenski: Rusiya ilə danışıqlar masasında Avropanı Britaniya və Fransa təmsil edəcək backend

Ukraynanın mövqeyi aydındır və bu mövqe müharibəni dayandırmaq üçün danışıqlar masasında Avropanın olmasını nəzərdə tutur.

Apa “Unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə ölkə liderləri ilə görüşündən sonra mətbuat konfransı zamanı deyib.

“Biz alternativləri nəzərdən keçirmirik, bu, bizim aydın mövqeyimizdir. Avropa çox böyükdür və onun bu danışıqlar masasında aydın təmsilçiliyi olmalıdır. Bu gün hamımız razılaşdıq ki, Avropanı Fransa və Böyük Britaniya təmsil edəcək. Makron və Starmer. Məncə, bu da vacibdir. Və biz bu siqnalı digər tərəfdaşlara, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarına çatdırmaq istəyirik”, - Zelenski deyib.

Zelenski əlavə edib ki, Parisdəki görüş zamanı hər bir ölkə liderinin məsələyə öz baxış bucağı var idi. Bununla belə, onların hamısını Ukraynaya dəstək və təhlükəsizlik zəmanəti vermək ideyası birləşdirirdi.

Diaspora