Peskov: Zərbə endirilməsi qadağan edilən enerji obyektlərinin siyahısı daha tez razılaşdırıldı

Peskov: Zərbə endirilməsi qadağan edilən enerji obyektlərinin siyahısı daha tez razılaşdırıldı backend

Rusiya və Ukrayna zərbə endirilməsi qadağan edilən enerji obyektlərinin siyahısını Moskva və Vaşinqton arasında davam edən çox intensiv əlaqələri tez razılaşdırmağa imkan verib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün jurnalistlərə açıqlamasında bildirib.

"Biz ABŞ tərəfi ilə təmasları davam etdiririk. Bilirsiniz ki, bu əlaqələr çox intensiv şəkildə davam edir, məhz onların sayəsində dünən Rusiya və Ukraynanın zərbə endirilməsi müvəqqəti qadağan edilən enerji obyektlərinin siyahısını kifayət qədər tez razılaşdırmaq mümkün oldu", - D.Peskov qeyd edib.

Onun sözlərinə görə, Moskva "dialoqumuzun nə qədər praqmatik və konstruktiv, eyni zamanda səmərəli inkişaf etməsindən" məmnundur.

D.Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın enerji obyektlərinə zərbələrin endirilməsinə qadağanın icrası çərçivəsində əmri qüvvədədir və Rusiya Silahlı Qüvvələri tərəfindən yerinə yetirilir.

Diaspora