Rusiya Xarici İşlər Nazirliyi Zaporojye Atom Elektrik Stansiyasının Ukraynaya və ya başqa ölkəyə verilməsinin mümkün olmadığını bəyan edib.
Apa xəbər verir ki, qurum bununla bağlı bəyanat yayıb.
“Stansiyanın Rusiyanın nüvə sənayesinə qaytarılması çoxdan başa düşülən bir həqiqətdir. Beynəlxalq ictimaiyyətə yalnız qəbullanmaq qalır”, - XİN qeyd edib.
Rusiya tərəfi beynəlxalq təşkilatların Zaporojye AES-i işlətməsi ideyasını da absurd adlandırıb.