Ukraynalıların əksəriyyəti müharibə zamanı seçkilərin keçirilməsinə qarşıdır

Ukraynalıların əksəriyyəti müharibə zamanı seçkilərin keçirilməsinə qarşıdır backend

Ukraynalıların əksəriyyəti (66 %) müharibə zamanı seçkilərin keçirilməsinə qarşıdır. Onlar hesab edirlər ki, seçkilər hərbi vəziyyətin ləğvindən müəyyən müddət sonra keçirilməlidir.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Razumkov Mərkəzinin sosioloji xidməti tərəfindən fevralın 28-dən martın 6-dək keçirilən sorğunun nəticələri göstərib.

Sorğuda iştirak edənlərin yalnız 22 %-i müharibə başa çatmadan Ukraynada prezident və ya parlament seçkilərinin keçirilməsi ideyasına müsbət yanaşır.

Müharibə və hərbi vəziyyət başa çatdıqdan sonra hansı müddətdə seçkilərin keçirilə biləcəyi sualına cavab olaraq respondentlərin 36 %-i prezident seçkilərinin dərhal keçirilməli olduğunu, 35 %-i hərbi vəziyyətin ləğvindən 6 ay sonra, 16 %-i bir il sonra, 2 %-i iki il sonra, 4 %-i isə daha gec keçirilməli olduğunu qeyd edib.

Həmçinin araşdırmanın nəticələrinə görə, sorğuda iştirak edənlərin 60 %-i Prezident Volodimir Zelenskiyə etibar edir.

Eyni zamanda sorğuda iştirak edənlərin əksəriyyəti Zelenskinin Ofisinin keçmiş müşaviri Aleksey Arestoviçə (88 %), deputat, keçmiş baş nazir Yuliya Timoşenkoya (83 %), deputat, beşinci prezident, "Avropa Həmrəyliyi" partiyasının lideri Petro Poroşenkoya (75 %), Prezident Ofisinin rəhbəri Andrey Yermaka (67 %) etibar etmir.

Diaspora