İmamoğlu həbs olundu – Təciliİstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs olunub.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə növbətçi sülh cəza məhkəməsi qərar çıxarıb.
Məhkəmə İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarıb. İmamoğlu ittiham olunduğu digər maddə - terror ittihamı ilə bağlı hələ qərar verilməyib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Ə.İmamoğlu və digər saxlanılanlar ədliyyəyə gətirilmişdi.