Türkiyədə saxlanılanlarla bağlı Ali Yerlikayadan açıqlama

Türkiyədə saxlanılanlarla bağlı Ali Yerlikayadan açıqlama backend

Cümə günü keçirilən etiraz aksiyaları zamanı 97 nəfər saxlanılıb.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X sosial media hesabında bildirib.

Nazirin sözlərinə görə, polis əməkdaşları “səbir və sağlam düşüncə” nümayiş etdirərək, təxribat və vandalizmə yol verməyib.

“Sevimli ölkəmizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edənlər öz məqsədlərinə çata bilməyəcəklər. Küçələrdə qarışıqlıq yaratmağa çalışanlar uğursuz olacaq. Bugünkü nümayişlər zamanı 2911 saylı qanunu pozan 97 şübhəli şəxs saxlanılıb", – deyə Yerlikaya qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin "küçə terroru" çağırışlarına göz yummayacağını bəyan etmişdi.

Diaspora