Rusiyada orduya çağırış qaydalarına dəyişiklik edilib

Rusiyada orduya çağırış qaydalarına dəyişiklik edilib backend

Rusiyada hərbi komissarlığın hərbi xidmətə çağırışla bağlı qərarının qüvvədə olma müddəti bir ilədək artırılacaq.

Qaziler.az xəbər verir ki, bu barədə “RTVI” məlumat yayıb.

Rusiya Dövlət Dumasının deputatları yekdilliklə qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov aydınlaşdırıb ki, yeni prosedur artıq aprelin 1-dən başlayacaq yaz çağırışı zamanı tətbiq oluna bilər. Onun sözlərinə görə, çağırış kampaniyası zamanı vətəndaşların çoxu hərbi komissarlıqlara çağırılır, lakin qərarların əhəmiyyətli bir hissəsi ləğv edilir.

“Məsələn, ötən il yaz çağırış kampaniyasının nəticələrinə görə, Moskvada 11,6 min belə qərar ləğv edilib və bütün bu vətəndaşlar, artıq payız çağırışı zamanı yenidən hərbi komissarlıqlara gəlməyə, yenidən tibbi müayinədən, seçimlərdən və çağırışla bağlı bütün digər tədbirlərdən keçmək məcburiyyətində qalıblar”, - deyə deputat bildirib.

QAZİLER.AZ

Diaspora