Rusiyanın Şeremetyevo hava limanının gömrükçüləri İstanbuldan aviareyslə gələn bitki ekstraktı adı altında gizlədilmiş 5 vedrə tetrahidrokannabinol aşkar ediblər.
Qaziler.az bildirir ki, bu barədə martın 19-da Rusiya Federal Gömrük Xidməti (FCS RF) məlumat yayıb.
“Axtarış tədbirləri zamanı əməliyyatçılar narkotik tərkibli qida əlavələrinin istehsalını və satışını təşkil edən şəxsi aşkar ediblər. Onun şirkətin baş direktoru olan 47 yaşlı rusiyalı olduğu üzə çıxıb”, - Telegram kanalında bildirilib.
Federal Gömrük Xidmətinin məlumatına görə, qida əlavələri istehsal edilərək ölkə daxilində bazarlarda paylanırdı.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin mənzilində axtarış aparıb və anbardan 3 kq narkotik vasitə, həmçinin 2 kq qadağan olunmuş maddə aşkar ediblər. Şübhəli şəxs məhsulunun qanuni olduğuna əmin olduğunu bildirib.
Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 229.1 ("Narkotik vasitələrin qaçaqmalçılığı") maddənin 1-ci hissəsi ilə cinayət işi açılıb. Onu 1 milyon rubla qədər cərimə ilə üç ildən yeddi ilədək həbs gözləyir.
QAZİLER.AZ