Türkiyənin Tokat vilayətində işçi servisinin istinad divarına çırpılması nəticəsində 21 nəfər xəsarət alıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Adıgüzel Sarının idarə etdiyi fəhlə xidməti maşını Tokat-Turhal yolunun Çaylı qovşağında idarəetmədən çıxaraq istinad divarına çırpılıb.
Xəbərdarlıq üzərinə qəza yerinə jandarma, xilasetmə və sağlamlıq qrupları gəlib.
Qəza nəticəsində sürücü və 20 tekstil işçisi xəsarət alıb.
Yaralılar təcili yardım maşınları ilə Tokat və Turhal rayonlarındakı xəstəxanalara aparılıb.
QAZİLER.AZ