Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə daxil olmaq cəhdinin qarşısını alıb

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinə daxil olmaq cəhdinin qarşısını alıb backend

Martın 18-də Ukrayna Silahlı Qüvvələri  Belqorod vilayətinin qərbindəki Demidovka və Prilesye yaşayış məntəqələri istiqamətində Rusiya ərazisinə girməyə cəhd göstərib, Rusiya ordusu bütün hücumları dəf edib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna hərbçiləri gün ərzində ümumilikdə 5 hücum həyata keçirib: "Kiyev rejimi əməliyyatda 200-ə qədər hərbçi və 29 texnika, o cümlədən beş tank yerləşdirib".

İdarənin Telegram kanalında deyilir: "Rusiya Federasiyasının dövlət sərhədini keçməyə imkan verilməyib".

"Düşmənin itkiləri 60 hərbçi, bir tank, yeddi zirehli texnika, üç mühəndis maşını və bir minik avtomobili təşkil edib".

Bundan əlavə, Rusiya hərbçiləri Sumı vilayətində Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarının cəmləşdiyi ərazilərə 30 hava və raket zərbəsi endirib. Bu hücumlar zamanı Ukrayna ordusu xeyli itki verib.

“Beləliklə, Kiyev rejiminin təxribatının qarşısı alınıb", -Rusiya Müdafiə Nazirliyindən bildirilib.

QAZİLER.AZ

Diaspora