Prezidentin müşaviri - Qazaxıstan Respublikası Prezidentinin mətbuat katibi Ruslan Jeldibay Rusiya Federasiyası və ABŞ prezidentlərinin telefon danışıqlarını şərh edib.
Qaziler.az bildirir ki, bu barədə "Kazinform" xəbər verir.
Prezident Kasım-Jomart Tokayev prezidentlər Vladimir Putin və Donald Tramp arasında Ukrayna üzrə telefon danışıqlarının nəticələrini alqışlayır.
Qazaxıstanın dövlət başçısı hesab edir ki, hər iki ölkənin rəhbərləri Avrasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan konkret sazişlər əsasında uzunmüddətli sülhə nail olmaq arzusunu nümayiş etdiriblər.
"Daha əvvəl Qazaxıstan prezidenti bütün cəlb edilmiş gücləri “sülh formulunun” işlənib hazırlanması məqsədi ilə Ukrayna üzrə danışıqlar prosesinə başlamağa çağırıb və BRİKS sammitində Çin və Braziliyanın sülh planını dəstəkləyib", - Ruslan Jeldibay şərh edib.
QAZİLER.AZ