Rusiyada helikopter qəzaya uğrayıb

Rusiyada helikopter qəzaya uğrayıb backend

“Mash” Leninqrad vilayətində helikopterin qəzaya uğraması barədə məlumat yayıb.

Qaziler.az bildirir ki, "Mash" Telegram kanalı Leninqrad vilayətində helikopterin qəzaya uğraması barədə məlumat yayıb. Telekanalın məlumatına görə, təyyarə Volosovski rayonunun Şuqovitsı kəndi yaxınlığında qəzaya uğrayıb. Yerli sakinlər yanğını görüb və təcili yardım çağırıb. Bu, yerli vaxtla saat 18:30 radələrində baş verib.

Volosovski rayon administrasiyasının rəhbəri 78.ru-ya insidentlə bağlı məlumatı təsdiqləyib. “İzvestiya”ya mənbə bildirib ki, qəza nəticəsində iki pilot ölüb. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir və bütün hallar araşdırılır.

Mash Telegram kanalı da qəzaya uğrayan helikopterin görüntülərini paylaşıb. 

QAZİLER.AZ

Diaspora