Dünya liderləri Ukraynanın gələcəyini müzakirə edərkən hansı razılığa gəlsələr və hansı razılaşmalara nail olsalar da, son söz ukraynalılarda olmalıdır.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xalq deputatı və “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Facebook-da yazıb.
"Dünya və Ukrayna intizarda donub qalıb, çünki kimsə bizim taleyimizi guya həll edir...Bizim taleyimizi yalnız biz həll edəcəyik! Orada nə danışacaqlarsa, hansı razılığa gəlməklərindən asılı olmayaraq son söz biz ukraynalılarındır", - Timoşenko deyib.
Onun sözlərinə görə, bizə lazım olan Ukraynanı yalnız ukraynalılar öz əlləri ilə, öz ləyaqətləri ilə, öz qürurları ilə qura bilərlər. "Bu, bizim tariximizdə həmişə belə olub, belə də olacaq".
QAZİLER.AZ