ABŞ səfiri Salome Zurabişvili ilə görüşüb

ABŞ səfiri Salome Zurabişvili ilə görüşüb backend

ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığının dayandırılması fonunda ABŞ səfiri Robin Danniqan Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ilə görüşüb. Fotokadr sosial şəbəkədə yayımlanıb.

Görüş Danniqanın Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşündən sonra baş tutub və bu, ölkə cəmiyyətinin etiraz edən hissəsinin mənfi reaksiyasına səbəb olub.

Nazirlə görüşdən sonra ABŞ-ın Gürcüstandakı səfirliyi şərh dərc edib və qeyd edib ki, amerikalı diplomat ABŞ-ın yeni Administrasiyasının prioritetləri və rəsmi Tbilisinin “ABŞ ilə münasibətləri yaxşılaşdırmaq niyyətlərinin ciddiliyini nümayiş etdirmək” üçün ata biləcəyi addımlar barədə danışıb.

Yada salaq ki, bir sıra amerikalı konqresmen və senatorlar (Co Uiilson, Cim Riş, Cinn Şahin və başqaları) Salome Zurabişvilini Gürcüstanın qanuni prezidenti hesab edirlər.

ABŞ səfiri Robin DAnniqan ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında görüş martın 14-də ölkənin Xarici İşlər Nazirliyinin binasında baş tutub.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, dinləmənin yekununda “tərəflər iki ölkə arasında strateji əməkdaşlıqda irəliləyiş əldə etmək üçün fəal işləməyə hazır olduqlarını bildiriblər”.

QAZİLER.AZ

Diaspora