Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri üç yaşayış məntəqəsini saxlamağa çalışır.
Qaziler.az bildirir ki, Ukraynanın nəzarətində qalan kəndlərin sayını “Rossiya-1” telekanalının efirində “Axmat” xüsusi təyinatlı dəstələrinin komandiri, Müdafiə Nazirliyinin baş hərbi-siyasi idarəsinin rəis müavini, general-leytenant Apti Alaudinov açıqlayıb.
“Ukrayna Silahlı Qüvvələri istənilən vasitə və güclə Kursk vilayətində cəmi üç yaşayış məntəqəsini saxlamağa çalışırlar, prinsipcə, buna da nail ola bilmirlər”, - rusiyalı general qeyd edib.
Alaudinovun sözlərinə görə, Rusiya qoşunları hər gün irəliləyərək hücumlarını davam etdirir, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri isə ciddi itkilər verir.
Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin (RF Silahlı Qüvvələri) bir hissəsi artıq Sumı vilayətindədir və yaxın vaxtlarda bu istiqamətdə bufer zona yaradılacaq.
QAZİLER.AZ