Saakaşviliyə yeni həbs cəzası verilib

Saakaşviliyə yeni həbs cəzası verilib backend

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili qanunsuz sərhəd keçidi ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu cəza onun büdcə vəsaitlərinin israfına görə əvvəlki 9 illik həbsinə əlavə olunub.

Beləliklə, Saakaşvili ümumilikdə 12 il 6 ay həbsdə qalacaq. Onun həbs müddəti 1 oktyabr 2021-ci ildən hesablanır.

Sabiq prezident 29 sentyabr 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıtmış, həmin vaxt artıq qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi. 2022-ci ildən cəzasını “Vivamed” klinikasında çəkir. Eyni zamanda, ona qarşı 7 noyabr 2007-ci il hadisələri ilə bağlı məhkəmə prosesi davam edir.

Diaspora