Martın 17-nə keçən gecə hücum dronları Rusiyanın Həştərxan vilayətində yanacaq-energetika kompleksi obyektlərinə hücum edib. Dağıntılar nəticəsində obyektlərdən birində yanğın baş verib, xəsarət alan var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə istinadən məlumat yayıb.
O qeyd edib ki, gecə saatlarında bölgədəki yanacaq-energetika kompleksi obyektlərinə pilotsuz təyyarə hücumu həyata keçirilib.
Qubernatorun sözlərinə görə, müəssisələrdə iş növbələri əvvəlcədən dəyişdirilib.
Verilən məlumata görə, hava hücumundan müdafiə sistemləri "normal rejimdə işləsə də" PUA qalıqlarının düşməsi səbəbindən obyektlərdən birinin ərazisində yanğın baş verib.
QAZİLER.AZ