Türkiyə daxili işlər naziri Əli Yerlikaya İstanbul, Ankara, Adana və Vanda 4 ayrı mütəşəkkil cinayət qrupuna qarşı keçirilən əməliyyatlarda aralarında şəbəkə liderlərinin də olduğu 79 şübhəlinin tutulduğunu açıqlayıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Məlumata görə, Ankara, İstanbul, Adana və Vanda 4 ayrı mütəşəkkil cinayət qrupuna qarşı əməliyyat keçirilib.
Keçirilən əməliyyatlar nəticəsində 79 şübhəli yaxalanıb.
Daxili işlər naziri Ali Yerlikaya əməliyyatların təfərrüatlarını sosial media hesabında paylaşıb.
QAZİLER.AZ