Rusiya Federasiyasının Nijni Novqorod vilayətinin Mulino kəndindəki hərbi poliqon və hərbi hissənin ərazisinə PUA hücumu olub.
Qaziler.az bildirir ki, bu barədə "ASTRA" Telegram kanalı xəbər verir.
Rosaviatsiya gün ərzində Strigino hava limanının müvəqqəti olaraq uçuşları qəbul etmədiyini və ya göndərmədiyini bildirdi.
Eyni zamanda, hücumda zərərçəkənlərin olması barədə hələ də məlumat yoxdur.
QAZİLER.AZ