Türkiyədə fabrik yanğını

Türkiyədə fabrik yanğını backend

Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində kimyəvi maddələr istehsal edən fabrikin kənarında paletlərin yerləşdiyi ərazidə baş verən yanğına yanğınsöndürənlər müdaxilə edir.

Qaziler.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Orhanlı Rayon Dəri Mütəşəkkil Sənaye Bölgəsində yerləşən kimyəvi maddə istehsalı fabrikinin çöl hissəsində naməlum səbəbdən yanğın baş verib.

Yanğın altlıqların yerləşdiyi əraziyə keçib və sürətlə böyüyüb.

Xəbərdarlıqdan sonra hadisə yerinə çox sayda yanğınsöndürən göndərilib.

Yanğınsöndürənlər alovun fabrikə keçməsinin qarşısını almaq üçün səylərini davam etdirir.

QAZİLER.AZ

Diaspora