Zelenski Trampın mümkün dəvəti ilə bağlı: Eşitməmişəm...

Zelenski Trampın mümkün dəvəti ilə bağlı: Eşitməmişəm... backend

Prezident Vladimir Zelenski hesab edir ki, ABŞ prezidenti Donald Trampla istənilən görüş diqqətlə hazırlanmalıdır. Yaxşı nəticə üçün bu lazımdır.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Zelenskinin brifinqinə istinadən xəbər verir.

RBC-Ukrayna müxbirinin ABŞ prezidenti Donald Trampın yanına gələcək səfəri ilə bağlı sualına cavab olaraq Zelenski dəvəti eşitmədiyini deyib.

"Mən dəvət barədə heç nə eşitməmişəm. Düşünürəm ki, Amerika prezidenti ilə keçirdiyimiz istənilən görüş hər iki tərəf üçün müsbət nəticə ilə başa çatmalıdır", - Zelenski deyib.

QAZİLER.AZ

Diaspora