ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri vermək istəmir.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində bildirib.
O, Trampın NATO büdcəsində ÜDM-nin payı meyarına uyğun olan ölkələrə ABŞ-nin təhlükəsizlik zəmanətləri verməsi barədə sözlərini xatırladıb.
"Lakin Tramp Zelenskinin rəhbərlik etdiyi Ukraynaya təhlükəsizlik zəmanətləri vermək istəmir. Onun vəziyyətə dair öz baxışı var və bunu mütəmadi olaraq birbaşa ifadə edir: Bu müharibə heç vaxt başlamamalı idi", - Lavrov qeyd edib.